İngiltərəni siçanlar basdı - Pişikdən daha böyükdürlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərənin Birmingem şəhərində zibil yığan işçilərin tətilə çıxması nəticəsində küçələrdə təxminən 17 min ton zibil toplanıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu vəziyyət siçovul problemini daha da kəskinləşdirib. Şəhərin bir çox yerində siçovulların yuva qurduğu və pişik ölçüsünü keçdiyi bildirilir.
Şəhər sakinləri yaranmış vəziyyətdən ciddi narahatdır. CNN International xəbər verir ki, zibil torbalarının hündürlüyü bəzi məhəllələrdə bir neçə metrə çatıb, və zərərvericilərlə mübarizə qruplarının iş yükü xeyli artıb. Mütəxəssis Will Teams bildirib ki, çağırışların çoxluğu səbəbindən bəzi sifarişləri rəqib şirkətlərə yönləndirməli olublar.
Siçovul problemi ilə bağlı müraciətlərin tətil başlayandan bu yana 50 faiz artdığı qeyd edilir.
Birmingem sakini, şəhərin vəziyyətini belə ifadə edib:
"Hər yerdə zibil var, hər yerdə siçovullar var. Onlar pişiklərdən də böyükdürlər. Bu Britaniyadır. Bu 2025-ci ildir. Nə baş verir?"
Qeyd edək ki, tətilin səbəbi şəhər rəhbərliyinin 400-ə yaxın zibil işçisinin struktur daxilindəki bəzi rollarını ləğv etməsi olub. İşçiləri təmsil edən "Unite" həmkarlar ittifaqı bu dəyişikliklərin maaş artımının qarşısını aldığını və bəzi əməkdaşların rütbələrinin aşağı salındığını bildirib.
Hazırda şəhər rəhbərliyindən və işçilərdən problemin həllinə yönəlik konkret addımlar gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İspaniyada isti hava 5 mindən çox insanın ölümünə səbəb oldu
-
“Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
-
Nepaldakı fəlakətin əsl səbəbi üzə çıxdı: Peyk görüntüləri - (Foto)
-
Qırğızıstanda folqa fabrikində yanğın baş verib
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Yaponiyanın ən yaşlı sakini vəfat edib
XƏBƏR LENTİ
-
"And içib deyə evlənmirik" - Cennifer Eniston
-
Övladınız “Sən mənim həyatımı məhv etdin” deyirsə, belə cavab verin
-
İspaniyada isti hava 5 mindən çox insanın ölümünə səbəb oldu
-
Cennifer Lopez hamamdan fotosunu paylaşdı - (Foto)
-
Yumurtanı dondurucuya belə qoyun – Bir ilə qədər xarab olmur
-
Buzluğa qiymə qoyarkən niyə üzəri oxlovla hamarlanır?
-
Avropalılar qəhvə çöküntüsünü unitaza tökməyə başladı - səbəb
-
“Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
-
“Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
-
Günün qoroskopu: Azadlıq hissiniz ön planda olacaq
-
Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
-
Yük avtomobili Bakı-Sumqayıt yolunda arakəsməyə çırpıldı - (Video)
-
"Qalatasaray"dan 11 milyon avroluq transfer - (Foto)
-
Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
-
Madonna Ancelinanın evini alır
-
Nepaldakı fəlakətin əsl səbəbi üzə çıxdı: Peyk görüntüləri - (Foto)
-
Göygöldə 32 yaşlı kişi bıçaqlandı
-
Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
-
Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - (Video)
-
Nəsrin Cavadzadə fotoları ilə diqqət çəkdi
-
Sabah Sabunçuda qaz olmayacaq
-
Bakıda məşhur restoranı su basdı - (Video)
-
Cem Yılmaz evə buraxıldı
-
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi





