80 mindən çox müsəlman Ramazan bayramı münasibətilə Moskva məscidi və ətrafında bayram namazı qılıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müsəlmanlarının Ruhani İdarəsi məlumat verib.
"Bazar günü Ramazan bayramında 80 mindən çox müsəlman Moskva məscidində, İslam kompleksinin ərazisində və yaxınlıqdakı küçələrdə namaz qılıb. Məscidin özündə 10 minə yaxın ibadət yeri var. İctimai asayişin pozulması halı qeydə alınmayıb", - məlumatda qeyd olunub./axar.az
Milli.Az