ABŞ-da sərnişin təyyarəsi və Hərbi Hava Qüvvələrinin təyyarəsi havada toqquşma təhlükəsi ilə üzləşib.
Milli.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ Federal Aviasiya İdarəsi xəbər yayıb.
Bildirilir ki, hadisə Vaşinqtonda bir müddət əvvəl təyyarə qəzasının baş verdiyi Ronald Reyqan adına hava limanı yaxınlığında qeydə alınıb.
Məlumatda deyilir ki, "Delta Air Lines" aviaşirkətinə məxsus "Airbus A319" sərnişin təyyarəsi hava limanından qalxanda yaxınlığından ABŞ Hərbi Hava Qüvvələrinin dörd "T-38 Talon" təlim təyyarəsi keçib.
"Sərnişin təyyarəsinin göyərtəsində yaxınlıqda başqa bir hava gəmisinin olduğunu xəbər verən həyəcan siqnalı işə düşüb", - deyə idarədə dəqiqləşdirilib.
Qurumdan bununla bağlı araşdırma aparılacağı vurğulanıb.
Xatırladaq ki, yanvarın 29-da "American Airlines" aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və ABŞ Quru Qoşunlarının "Black Hawk" helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarə Kanzas ştatından uçub, göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. Qəzadan sağ çıxan olmayıb./oxu.az
Milli.Az