"Vaşinqton tezliklə dərman preparatları üçün gömrük rüsumlarının tətbiqini elan edəcək".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib.
"Biz bunu tezliklə elan edəcəyik" deyən Trump dərman və əczaçılıq məhsullarının istehsalını ABŞ-a qaytarmaq niyyətində olduğunu deyib.
"Ancaq bu, əczaçılıq şirkətlərinin, dərman istehsalçılarının istehsalı ölkəmizə köçürməsi üçün kifayət edəcək. Mən artıq COVID-19 zamanı olduğu kimi bu məsələdə başqa ölkələrə güvənmək istəmirəm", - deyə o, bildirib.
Milli.Az