Bu gün Beynəlxalq Novruz günüdür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Martın 21-i Beynəlxalq Novruz Günüdür. 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Yeni gün" mənası verən Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Bu bayram üç min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.
Novruzun qədim xalq bayramı olması haqqında miflərdən tutmuş tarixi və ədəbi mənbələrədək müxtəlif məlumatlara rast gəlinir. Zərdüştilik dövründə qeyd edilən bayramların ən maraqlısı Novruz olub. Bu qədim bayramla bağlı məlumatlara Nizamülmülkün "Siyasətnamə"sində də rast gəlirik. Ömər Xəyyam (1048-1131) "Novruznamə" əsərində astronomik tədqiqatlara əsasən elmi surətdə göstərib ki, Novruzun yaranması Günəş təqvimi ilə bağlıdır. Novruz həqiqətən də ilin dəyişməsi deməkdir.
XVII əsrdə yaşamış fransız səyyahı Jan Şarden Şərq ölkələrinə səyahəti zamanı Gəncədə, Naxçıvanda, Tiflisdə, İrəvanda, Təbrizdə, İsfahanda olub. Vətənə qayıtdıqdan sonra "Səyahətnamə" adlı kitab yazıb. Maraqlıdır ki, onun səfərlərindən biri mart ayına düşdüyündən o, Azərbaycanda qeyd edilən Novruz bayramının şahidi olub. Həmin bayramla bağlı "Səyahətnamə"də yazırdı ki, Səfəvilərdə dini və mülki bayramlar lap çoxdur. Bu bayramların üçü təntənəli surətdə qeyd edilir: Ramazan, Qurban və Yaz bayramı. Yaz bayramı, əslində, Yeni il deməkdir. Həmin gün gecə ilə gündüz bərabərləşir. Səyyahı heyrətə gətirən yumurtaların qızıl suyuna boyanması və insanların bir-birinə nadir tapılan, həm də bahalı əşyalardan - qızıldan, gümüşdən, parçadan, ətriyyatdan, qaş-daşdan hədiyyə verməsi olub. Bu cür bayramlaşmanın əkinçidən şaha qədər davam etməsi avropalı səyyahı daha çox heyrətləndirib. Xüsusilə də İrəvan bəylərbəyliyində keçirilən Novruz bayramı Jan Şardeni valeh edib. Onu təəccübləndirən amillərdən biri də insanların bayramın birinci günü Allaha dua etmələri olub. Səyyah yazırdı: "Onlar sübh çağı bütün bədənlərini su ilə yuyurlar. Sonra tərtəmiz paltar geyinirlər, xoş sözlər danışırlar, bir-birləri ilə mehribançılıq edirlər. Bu ovqat onlarda Yeni ilin xoş keçəcəyinə, xoşbəxtlik gətirəcəyinə inam yaradır".
Mətbuatımızın cəfakeşi Həsən bəy Zərdabi "Quyruq doğdu, çillə çıxdı" adlı məqaləsində yazırdı: "Təəccüblüdür ki, bizim heç bir yerdə oxumamış kəndli nə filan ayın neçəsi olduğunu, hətta ayların adlarını belə bilməyib. Amma onunla belə, təsbehini alaraq Novruzdan tutub hesab çəkib ki, quyruq doğmağa neçə gün qalıb və filan gün çillə çıxacaqdır. Bundan belə məlum olur ki, bu hesab çox doğru və asan hesabdır və bunun belə olmağına səbəb hesabın Novruzdan çəkilməyidir. Novruz ki o vaxt gün - bahar nöqtəsindən keçir, heç vaxt dəyişmir".
Orta əsrlərdə Azərbaycanda münəccimlər Günəşin hərəkətini izləyər, bu barədə əhaliyə məlumat verərdilər. 1637-ci ildə alman səyyahı Adam Oleari Şamaxıda azərbaycanlıların Yeni il mərasimini - Novruzu necə qarşılamalarının şahidi olub və bu barədə yazıb: "Astroloq tez-tez stolun arxasında durur, xüsusi alətlər vasitəsilə Günəşi müşahidə edir, Günəşin gecə ilə gündüzün bərabərlik nöqtəsinə çatacağı anı müşahidə edirdi. Elə ki, gözlənilən məqam çatdı, astroloqun xəbəri ilə əlaqədar şəhərdə yaylım atəşləri açıldı. Şamaxı şəhərinin Qala divarları boyunca təbillər döyüldü, xalq şənliyə başladı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib





