ABŞ-ın Cənubi Karolina ştatı martın 7-də son 15 ildə ilk dəfə bir məhbusu güllələyərək cəza verməyi planlaşdırır.
Milli.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
67 yaşlı Bred Siqmon elektrik stulu, odlu silah və ya öldürücü iynə arasında seçim edərək, cəza üsulunu özünün müəyyən etdiyini bildirib. ABŞ-da 1967-ci ildən bəri yalnız üç nəfər bu şəkildə cəzalandırılıb.
Qeyd edək ki, Siqmon adlı məhbus 2001-ci ildə keçmiş sevgilisinin valideynlərini beysbol çubuğu ilə döyərək öldürməkdə təqsirli bilinib. Bundan sonra o, yoldaşını qaçırmağa çalışıb, amma qadın onun əlindən qaçmağa müvəffəq olub.
Cəzanın icrası martın 7-nə planlaşdırılır.
Fidan
Milli.Az