Dünya

Yunanıstan Ermənistana S-300 zenit-raket kompleksləri verir? - RƏSMİ AÇIQLAMA

12 Fevral 2025 15:03
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın Milli Müdafiə Naziri Nikos Dendias, Ermənistana "S-300" zenit-raket komplekslərinin verilməsi ilə bağlı planların olduğunu iddia edən məlumatları təkzib edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dendias, 2024-cü ilin dekabr ayının ortalarında "Yunan həlli" partiyasının lideri Kiriakos Velopulosun parlament sorğusuna cavab verib.

"Müvafiq suala cavab olaraq bildirirəm ki, zenit silah sistemlərinin üçüncü ölkələrə verilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib. Hər halda, Müdafiə Nazirliyinin siyasətində əsas meyar Yunanıstan ərazisinin hər hansı bir nöqtəsində ölkənin müdafiə qabiliyyətinin tam şəkildə qorunub saxlanılmasıdır", - Dendias bildirib.

Xatırladaq ki, daha əvvəl enikos.gr portalı Yunanıstanın Ermənistana "S-300", "TOR-M1" və "Osa-AKM" zenit-raket komplekslərini təhvil verəcəyi barədə məlumat yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.