Dünya

Ərini çaydanla döyüb ÖLDÜRDÜ - FOTO

7 Fevral 2025 19:09
Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı qadın kişini çayniklə döyərək öldürüb. 

Milli.Az bildirir ki, 36 yaşlı Yelizavet Ann Svini 26 iyun 2023-cü ildə polisə müraciət edib. Gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 49 yaşlı Nil Colinin meyitini tapıblar.

Meyitə baxış keçirən kriminalistlər küt əşya ilə yumruq və zərbələrin izlərini aşkar ediblər. Colinin başında və bədənində hematomalar müəyyən olunub. Müstəntiqlər hesab edirlər ki, Svini çaydanı silah kimi istifadə edərək ərini öldürüb.

Mübahisənin konkret səbəbləri barədə məlumat verilmir. Məhkəmədə Svini özünü müdafiə etmək üçün belə etdiyini və günahsız olduğunu deyib. Buna baxmayaraq, bir neçə məhkəmə prosesindən sonra münsiflər heyəti yekdilliklə onu təqsirli bilib. 

Martın 3-də hökm oxunacaq. /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.