Boliviyada avtobusun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb.
Milli.Az report-a istinadən xəbər verir ki, sərnişin avtobusu ölkənin Potosi departamentində yoldan çıxaraq aşıb.
"Hadisə nəticəsində 19 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Polis xilasetmə əməliyyatlarını davam etdirir, ona görə də ölənlərin sayının artacağı istisna edilmir", - məqalədə deyilir.
Ölənlər arasında iki uşaq və avtobusun iki sürücüsü də var.
Milli.Az