Dünya

Trampdan ukraynalılarla bağlı QƏRAR: qadağan edilir

25 Yanvar 2025 18:25
Baxış: 2 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Daxili Təhlükəsizlik Departamenti miqrantların ölkədə müvəqqəti məskunlaşmasına imkan verən bir sıra proqramları, o cümlədən ABŞ-da sponsoru olan ukraynalıların girişinə icazə verən əsas "Ukrayna üçün birləşmə" təşəbbüsünü dayandırıb.

Milli.Az xəbər verir ki, bu barədə "New York Times" (NYT) məlumat yayıb.

Bildirilir ki, Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin rəhbəri tərəfindən elektron poçtla göndərilən müraciətlərin yekun işlənməsinin dərhal dayandırılması əmr edilir. Qərar miqrantlar üçün proqramların qanuniliyini yoxlamaq məqsədi ilə qəbul edilib.

Bu əmrlə həmçinin miqrant ailələrinin ABŞ-da yenidən birləşməsinə imkan verən proqram və Mərkəzi Amerikadakı yetkinlik yaşına çatmayanların ABŞ-dakı qohumları ilə bağlı başqa bir təşəbbüslə bağlı müraciətlərə dair qərarları dayandırılır.

Qeyd olunur ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası ilə başladılan "Ukrayna naminə birləşmə" proqramı sayəsində 2023-cü ilin sentyabrına qədər 150 mindən çox ukraynalı ABŞ-a daxil olub.

Donald Tramp administrasiyasının nümayəndələri izah ediblər ki, bu proqramların çoxu ABŞ qanunlarına ziddir. Ağ Evin rəhbəri ABŞ-ın yeni miqrasiya siyasətinə uyğun gəlməyən proqramların dayandırılmasına dair fərman imzalayıb. /Publika.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.