Dünya

Rusiya NATO ölkəsinə hücum edəcək - ordu sürətlə güclənir

23 Yanvar 2025 09:50
Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya silahlı qüvvələrinin artımını nəzərə alsaq, 2029-2030-cu illərdə NATO ölkələrinə hücum etməyə çalışacağına dair nəzəri ehtimal qalır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius "Delfi" nəşrinə açıqlamasında deyib.

Onun fikrincə, məhz buna görə NATO-nun müdafiə qabiliyyətinin təmin edilməsi xüsusilə vacibdir.

Nazir bildirib ki, hərbi ekspertlər Rusiyada baş verən hadisələri diqqətlə izləyir və bu ölkənin silahlı qüvvələrinin nəzərəçarpacaq dərəcədə böyüməsinə işarə edir:

"Orada hərbi sənaye ciddi şəkildə inkişaf edir, çoxlu tanklar və təyyarələr istehsal olunur və bu o deməkdir ki, Rusiya silahlı qüvvələri əhəmiyyətli dərəcədə artır. 2026-cı ilə qədər onların sayı yəqin ki, 1,5 milyon hərbçiyə çatacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.