Dünya

Nigeriyada tankerin partlaması nəticəsində ölənlərin sayı 86-ya çatdı

19 Yanvar 2025 23:15
Baxış: 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyanın Niger əyalətində baş verən tankerin partlaması faciəsi nəticəsində həyatını itirənlərin sayı 86 nəfərə yüksəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Niger Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin baş direktoru Alhaji Abdullahi Baba Ara məlumat yayıb.

Hadisə Nigeriyanın qərbində yerləşən Dikko şəhərində baş verib. Hazırda qəza yerində dağıntılar təmizlənir və zərərçəkənlərə yerli xəstəxanalarda tibbi yardım göstərilir.

Hadisə şahidlərinin sözlərinə görə, yanacaq çəni təxminən 60 ton yanacaq daşıdığı halda yolda aşıb. Dağılan yanacağı çıxarmaq üçün başqa bir yanacaq tankeri hadisə yerinə gətirilib. Yerli sakinlər isə yanacaq yığmağa cəhd edərkən qəfil partlayış və ardınca yanğın baş verib.

Qeyd edək ki, bu cür hadisələr Nigeriyada yanacaq daşınması zamanı tez-tez baş verir və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün çağırışlara səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.