Dünya

ABŞ-dəki yanğınların mümkün səbəbi açıqlandı

12 Yanvar 2025 16:26
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Kaliforniya ştatında yanğına qırılan naqil səbəb ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Ötən gün yayılan xəbərdə qeyd edilirdi ki, məftil "Eagle Rock Sylmar" elektrik ötürücü xəttinə qoşulmuş bir qüllədə tapılıb. Bu qüllə "Edison International" şirkətinə məxsusdur.

Agentliyin məlumatına görə, hazırda kabelin yanğınlar başlamazdan əvvəl və ya sonra zədələnməsi araşdırılır.

Xatırladaq ki, yanvarın 8-dən Los-Ancelesdə başlayan meşə yanğınlarında ölənlərin sayı artıq 16 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.