Dünya

Şirkət işçilərini alov udmağa məcbur etdi - Qalmaqal qopdu - FOTO

9 Yanvar 2025 15:15
Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin şimal-şərqindəki Lyaonin əyalətində yerləşən şirkətin rəhbərliyi əməkdaşlarına təhlükəli tapşırıq verdiyi üçün tənqid atəşinə tutulub.

Milli.Az xəbər verir ki, məlumata görə, həmin şirkət təhsil sahəsi üzrə fəaliyyət göstərir. Burada cəmi bir il müddətinə işləyən şirkətin keçmiş əməkdaşı bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb. O, bildirib ki, şirkət rəhbərliyi onun həmkarlarını alov udmağa məcbur edib və bunun qorxuların öhdəsindən gəlməyə, özünəinamı artırmağa kömək edəcəyini iddia edib.

Timbildinq (komandanın qurulması) zamanı əməkdaşlar yanan pambıq çubuqlarını ağızlarına soxaraq söndürməli imişlər. Qadın da bu təlimdə iştirak edib və o, işini itirməkdən qorxduğu üçün risk etmək qərarına gəlib.

"Məqsəd ondan ibarət idi ki, şirkət rəhbərliyinə əzmkarlığımızı göstərməli idik. Qalib gəlmək və pul qazanmaq istədiyimizi nümayiş etdirməli idik", - deyə o bildirib.

İndi o, keçmiş işəgötürənə qarşı səlahiyyətli orqanlara şikayət etmək niyyətindədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.