AK sədri korrupsiyada ittiham olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Belçikada Lyej məhkəməsi, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin 35 milyard avrodan çox dəyərində COVID-19 peyvəndlərinin satın alınmasında aşkarlanan korrupsiya işində qanuni toxunulmazlığının olub-olmadığını aydınlaşdrımaq üçün dinləmə keçirəcək.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə iddiaçı, belçikalı fəal Frederik Baldan məlumat verib.
"Yanvarın 6-da baş tutacaq məhkəmə iclası Avropa İttifaqı qurumlarında korrupsiya aktlarını araşdırmalı olan Aİ prokurorluğunun tələbi ilə keçiriləcək. Avropa Prokurorluğu iddia edir ki, klinik sınaqdan keçməmiş COVID-19 vaksinlərinin satın alınmasında aşkarlanan korrupsiya ittihamında Ursula fon der Lyayen təqib edilə bilməz. Çünki onun qanuni toxunulmazlığı mövcuddur və məhz bunun əsas gətirərək məhkəməyə müraciət ediblər", - deyə o vurğulayıb.
Frederik Baldan bildirib ki, Ursula fon der Lyayenin belə toxunulmazlığı ola bilməz, çünki o, səlahiyyətlərinin hüdudlarından çox kənara çıxıb.
Öz növbəsində, Baldanın vəkili Dian Prota bildirib ki, məhkəmə Aİ prokurorluğunun Lyayenin bu işdə toxunulmazlığa malik olduğu mövqeyini bölüşsə belə, iddiaçılar toxunulmazlığın ləğvi edilməsini məhkəmə yolu ilə axtaracaqlar:
"Artıq belə presedentlər olub. Beləliklə, 1999-cu ildə Jak Santerlə birlikdə Avropa Komissiyasının rəsmiləri korrupsiya qalmaqalına görə vəzifələrindən gediblər".
Vəkil həmçinin vurğulayıb ki, bu iddia geniş ictimai rezonansa səbəb olub, Ursula fon der Lyayenə qarşı ittihamlar artıq minə yaxın Aİ vətəndaşı, əsasən də yaxınlarını itirmiş və ya yoxlanılmamış dərmanlarla praktiki olaraq məcburi peyvənddən əziyyət çəkən insanlar tərəfindən dəstəklənir.
Ursula fon der Lyayen Aİ ölkələri ilə əvvəlcədən razılaşmamış 2020-ci ilin sonunda Amerikanın "Pfizer" şirkətinin baş direktoru Albert Bourla sınaqları hələ tamamlanmamış peyvəndin alınması üçün müqavilə bağlamaqda ittiham olunur.
Bu iddia üzrə ilk dinləmə 17 may 2024-cü ildə baş tutub. Lyej məhkəməsi bu işin onun yurisdiksiyasına aid olduğunu və açıq-aşkar maraqların toqquşması səbəbindən Ursula fon der Lyayenin özünün təşəbbüsü ilə yaradılmış Avropa Prokurorluğuna təhvil verilməməli olduğunu təsdiqləyib.
Dekabrın 6-da baş tutmalı olan ikinci dinləmə, Lyayenin toxunulmazlığı üçün məhkəməyə əks-tələb göndərən Aİ prokurorluğunun demarşı səbəbindən faktiki olaraq pozulub. Məhkəmə bu gün məhz vəsatətə baxmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İranda küçə və yollar su altında qaldı
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
İranda dollar yenidən kəskin bahalaşdı
XƏBƏR LENTİ
-
İranda küçə və yollar su altında qaldı
-
Prezident İlham Əliyev: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb
-
“Milan”da ciddi itki: Bu il oynamayacaq
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
-
Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV beynəlxalq konfrans keçirilir - (Foto)
-
"Alim Qasımovun məclisində pulsuz oxudum, özü dedi ki, toyunda əvəzini çıxaram" - (Video)
-
Messi Argentina millisi ilə vidalaşdı: Göz yaşları "sel oldu" - (Foto-Video)
-
Neft yenidən bahalaşdı
-
Bitcoinin qiyməti kəskin düşdü
-
Qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinin qarşısı alındı
-
Bu ərazilərdə işıq kəsiləcək
-
Valideynlərin 1-ci sinif dərs proqramından narazılığı: "Kitablar həddən artıq qəlizdir" - (Video)
-
Toyuq alanda iki dəfə düşünün
-
Ən güclü Android telefonlar
-
Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 qat artırır
-
Aviaşirkətdən xəbərdarlıq - Bu rəngli çamadanlardan uzaq durun
-
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
-
Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
-
Türkan Şoray bacıları ilə - (Foto)
-
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır





