Dünya

Avropa Birliyində USB-C şarj cihazları məcburi oldu

2 Yanvar 2025 17:02
Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı elektron tullantılarla mübarizə və istehlakçılara rahatlıq təmin etmək üçün yeni direktiv dərc edib.

Milli.Az xəbər verir ki, bu direktivə əsasən, Aİ-də satılan bütün mobil cihazların USB-C şarj portundan istifadə etməsi məcburidir.

Bu direktivə əsasən, 2025-ci ildən etibarən Aİ-də satılan bütün mobil cihazların USB-C şarj portundan istifadə etməsi məcburi hala gəlib.

USB-C şarj portunu vacib edən direktiv aşağıdakı cihazlara şamil olunur:

1. Mobil telefonlar

2. Planşetlər

3. Rəqəmsal kameralar

4. Qulaqlıqlar

5. Portativ dinamiklər

6. Elektron oxucular

7. Klaviaturalar

8. Mauslar

9. Oyun konsolları

Noutbuklar üçün uyğunluq müddəti 28 aprel 2026-cı il tarixinə müəyyən edilib.

İstifadə edilməmiş şarj cihazlarının sayını azaltmaq üçün Aİ istehsalçılara qutuya şarj cihazı qoymadan cihazları satmağa icazə verir.

Şarj cihazının daxil olub-olmaması qablaşdırmada aydın şəkildə göstəriləcək./lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.