Xəbər verdiyimiz kimi, Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında Jeju Air şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 179 nəfər həyatını itirib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 181 sərnişin və ekipaj üzvü olan təyyarə Banqkokdan qayıdarkən qəza baş verib.
Təyyarənin eniş şassisi açıla bilməyib, buna görə də ikinci dəfə qəza enişi cəhdi edilib.
Qəza zamanı təyyarənin böyük hissəsi yanıb, xilasetmə əməliyyatları uğurla davam etdirilir.
Təyyarənin göyərtəsində 173 Cənubi Koreya, 2 Tayland vətəndaşı olub. Xilas edilən iki ekipaj üzvü ilə yanaşı, digər itkin düşən şəxslərin də həlak olduğu ehtimal edilir.
Rəsmi rəylərə görə, qəzaya quşla toqquşma səbəb ola bilər.
Hadisə Cənubi Koreyanın aviasiya tarixində ən ölümcül fəlakətlərdən biri kimi qeyd olunur.
Nərmin
Milli.Az