Cəmiyyət

3 500 abonentin qaz təchizatı dayandırılır

21 Yanvar 2026 13:29
Baxış: 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Masallı rayonu Köhnə Alvadı kəndi ərazisində minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qaz xəttinin zədələnməsi qeydə alınıb.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, zədələnmiş borunun bərpası ilə əlaqədar olaraq Köhnə Alvadı, Güllütəpə, Tatyanoba, Əmirtürbə, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Abasbəyli kəndləri və Təzə Alvadı kəndinin bir hissəsi daxil olmaqla, ümumilikdə 3 500 abonentin qaz təchizatının saat 15:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.