Türkiyə

Avropanı silkələyən əməliyyat: Siqaret mafiyası çökdürüldü

30 Mart 2026 22:45
Baxış: 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Təhlükəsizlik Baş İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamenti (KOM) və "EUROPOL" ("AVROPOL" - Avropa İttifaqının Hüquq-Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyi) tərəfindən koordinasiya edilən, 5 Avropa ölkəsi ilə eyni vaxtda həyata keçirilən əməliyyat zamanı "Avropanın Pablo Eskobarı" kimi tanınan "Baybaşin" cinayət təşkilatının siqaret qaçaqmalçılığı və çirkli pulların yuyulması mexanizmi ifşa edilib.

Milli.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, "Baybaşinlər" kimi tanınan və bütün Avropada qanunsuz fəaliyyət göstərən cinayətkar təşkilata qarşı 6 ölkəni əhatə edən genişmiqyaslı əməliyyat keçirilib.

Əldə edilən məlumata əsasən, əməliyyata İtaliya, Polşa, Fransa, Birləşmiş Krallıq və İsveçrənin hüquq-mühafizə orqanları dəstək verib. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən yaxından izlənilən proses çərçivəsində cinayət təşkilatının Avropadakı siqaret qaçaqmalçılığı şəbəkəsi və cinayətdən əldə edilən gəlirlərinin izinə düşülüb.

Nəticədə cinayətkar şəbəkənin maliyyə xəritəsi çıxarılıb. Araşdırmalar zamanı təşkilatın lideri Hasan Ferhat Baybaşin və təşkilatın meneceri Çağdaş Duranın siqaret qaçaqmalçılığından əldə etdikləri külli miqdarda qanunsuz gəlirləri Türkiyədə yuduqları müəyyən edilib. Cinayətdən əldə edilən pulların Diyarbəkirdə fəaliyyət göstərən iki şirkət və Aydın əyalətindəki lüks daşınmaz əmlak investisiyaları vasitəsilə leqallaşdırıldığı aşkar olunub.

Araşdırma çərçivəsində hərəkətə keçən təhlükəsizlik qüvvələri əməliyyatın maliyyə qoluna ciddi zərbə vurub. Məhkəmə qərarı ilə 9 şübhəlinin Diyarbəkirdəki şirkət səhmləri, Aydın əyalətindəki bütün daşınmaz əmlakları və nəqliyyat vasitələri, bank hesablarındakı bütün depozitləri, həmçinin kripto aktiv xidməti təminatçıları ilə bağlı hüquqları və debitor borcları müsadirə edilib./Oxu.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.