Türkiyə

Türkiyəni silkələyən xəyanət: Harmuşu təhvil verən şəxs ələ keçdi

30 Mart 2026 23:45
Baxış: 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə illərdir müzakirə olunan qalmaqallı hadisənin əsas fiqurlarından biri nəhayət yaxalanıb. Musavat.com xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Öndər Sığırcıkoğlu Suriya-Livan sərhədində keçirilən əməliyyat zamanı ələ keçirilib.

Milli.Az xəbər verir ki, 12 ildir axtarışda olan Sığırcıkoğlu uzun müddət gizli şəkildə fəaliyyət göstərib və onun hərəkətləri xüsusi nəzarətdə saxlanılıb. Əldə edilən kəşfiyyat məlumatları əsasında keçirilən əməliyyat nəticəsində onun sərhəd bölgəsində olduğu müəyyənləşdirilib və saxlanılması təmin olunub.

Qeyd edək ki, Öndər Sığırcıkoğlunun adı 2011-ci ildə Azad Suriya Ordusunun qurucu komandirlərindən olan polkovnik Hüseyn Harmuşun Türkiyədən qaçırılaraq Əsəd rejiminə təhvil verilməsi hadisəsində hallanırdı. Bu hadisə uzun müddət Türkiyə ictimaiyyətində ciddi rezonans doğurmuşdu və "daxildən xəyanət" kimi qiymətləndirilirdi.

Hazırda faktla bağlı araşdırmalar davam edir və rəsmi qurumların əlavə açıqlama verəcəyi gözlənilir. (musavat.com)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.