İstanbul Boğazında 29 yaşlı oğlana aid meyit tapılıb.
Milli.Az xəbər verir ki, meyitin rusiyalı üzgüçüyə aid olduğu müəyyən edilib.
Belə ki, 29 yaşlı rusiyalı idmançı Nikolay Sveçnikov avqustun 24-də qitələrarası üzgüçülük yarışında Bosfor boğazını keçərkən yoxa çıxmışdı. O, üç min iştirakçı arasında finiş xəttinə qayıtmayan yeganə şəxs olub.
O, avqustun 23-də İstanbula gəlib.
Qeyd edək ki, Sveçnikov üzgüçülük üzrə idman ustası, üzgüçülük məktəbinin əsasını qoyan moskvalıdır.
Fidan
Milli.Az





