Beş ay əvvəl itkin düşən rusiyalı idmançının meyiti İstanbul boğazında tapıldı - FOTO

21 Yanvar 2026 12:25

İstanbul Boğazında 29 yaşlı oğlana aid meyit tapılıb.

Milli.Az xəbər verir ki, meyitin rusiyalı üzgüçüyə aid olduğu müəyyən edilib.

Belə ki, 29 yaşlı rusiyalı idmançı Nikolay Sveçnikov avqustun 24-də qitələrarası üzgüçülük yarışında Bosfor boğazını keçərkən yoxa çıxmışdı. O, üç min iştirakçı arasında finiş xəttinə qayıtmayan yeganə şəxs olub.

O, avqustun 23-də İstanbula gəlib. 

Qeyd edək ki, Sveçnikov üzgüçülük üzrə idman ustası, üzgüçülük məktəbinin əsasını qoyan moskvalıdır.

Fidan
Milli.Az