Keçmiş Hindistan baş naziri Manmohan Sinqh 92 yaşında dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, Sinqh Hindistanın ən uzun müddət vəzifədə olan baş nazirlərindən biri idi. O, 2004-2014-cü illərdə baş nazir, ondan əvvəl isə maliyyə naziri olaraq ölkənin iqtisadiyyatı liberallaşdıran əsas islahatlarının memarı kimi tanınırdı.
Məlumata görə, onun səhhətinin pisləşməsindən sonra Dehli paytaxtında xəstəxanaya yerləşdirilmişdi.
Cümə axşamı Sinqhin vəfatı ilə bağlı başsağlığı verənlər arasında Hindistanın Baş naziri Narendra Modi də var idi. O, sosial şəbəkələrdə yazıb: "Hindistan ən görkəmli liderlərindən birini itirdiyinə görə yas tutur."
Lalə Qüdrətova
Milli.Az