Dünya

Pelosi xəstəxanaya yerləşdirildi

14 Dekabr 2024 09:22
Baxış: 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Lüksemburqa səfəri zamanı zədələnib.

Milli.Az xəbər verir ki, bu barədə siyasətçinin rəsmi nümayəndəsi Yan Kreygerin bəyanatında deyilib.

"Konqresin ikipartiyalı nümayəndə heyətinin Lüksemburqa səfəri zamanı Pelosi rəsmi tədbirdə zədə alıb və müayinə üçün xəstəxanaya yerləşdirilib", - məlumatda qeyd olunub.

Bildirilib ki, Pelosi işini davam etdirsə də, qalan tədbirlərdə iştirak edə bilməyəcək. Travmanın xarakteri və ağırlığı barədə bilgi verilməyib.

Qeyd edək ki, 84 yaşlı Pelosi ABŞ Nümayəndələr Palatasında Kaliforniya ştatını təmsil edir. "Report

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.