Dallasda ağır yol qəzasında "McLaren" iki yerə bölünüb, ölənlər var
ABŞ-nin Texas ştatında "Toyota Corolla" və "McLaren" superkarının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
Milli.Az report-a istinadən xəbər verir ki, "Dallas şəhərində baş vermiş avtomobil qəzasında lüks idman avtomobilinin iki yerə bölünməsi nəticəsində iki nəfər həlak olub", - telekanal nəql edib.
Qeyd olunub ki, qəza bazar ertəsi günü günorta saatlarında şəhərin Leyk Haylends rayonunda olub. Müstəntiqlərə görə, "McLaren" və "Toyota Corolla" toqquşublar. "McLaren" ağaca çırpılaraq iki yerə bölünüb və içində olan iki kişinin həyatına son qoyub", - "Fox 4 News" qeyd edib. Digər nəqliyyat vasitəsinin qadın sürücüsü isə yüngül xəsarət alıb.
Polis əlavə məlumat verməyib.
Milli.Az