"Müharibə bu vaxtadək bitməyəcək"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrailin baş naziri Benyamin Netanyahu televiziyadan müraciəti zamanı Livanda atəşkəs planını ölkənin hərbi-siyasi kabinetinin müzakirəsinə təqdim etmək qərarına gəldiyini deyib.
Milli.Az APA-ya istinadən bildirir ki, Netanyahu atəşkəsin müddətinin hadisələrin gedişatından asılı olacağını, İsrailin "Hizbullah"ın hücum edəcəyi təqdirdə cavab vermək hüququnu özündə saxladığını deyib.
"Bu axşam mən Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti baş verəcək hadisələrdən asılıdır. Birləşmiş Ştatlarla tam əməkdaşlıq edərək, biz tam hərbi fəaliyyət azadlığını saxlayırıq. "Hizbullah" razılaşmaları pozarsa və silahlanmağa çalışarsa, hücum edəcəyik. Əgər "Hizbullah" sərhədimiz yaxınlığında terror fəaliyyətlərini bərpa etməyə və ya raket atmağa cəhd etsə, hücum edəcəyik", - baş nazir bildirib.
Netanyahu "Hizbullah"ın heç vaxt əvvəlki kimi olmayacağını vurğulayaraq sözlərinə belə davam edib: "Biz onları onilliklərlə geriyə salmışıq. Əsəd də odla oynadığını başa düşməlidir. Müharibə, məqsədlərinə çatana və şimal yaşayış məntəqələrinin sakinləri öz evlərinə qayıtmayana qədər bitməyəcək".
Netanyahunun sözlərinə görə, İsrail müqaviləyə ciddi şəkildə əməl edəcək və istənilən pozuntuya sərt reaksiya verəcək. Hökumət başçısı hazırda atəşkəsə razılıq vermək qərarını üç əsas mülahizə ilə izah edib; İran təhlükəsinə diqqətdə saxlamaq, ölkənin silah təchizatını artırmaq və qüvvələri bərpa etmək, HƏMAS-ı təcrid etmək.
Netanyahu əməliyyatlar sayəsində "Hizbullah"ın baş katibi Həsən Nəsrullahı, təşkilatın liderlərini, silahlarının çoxunu, minlərlə döyüşçüsünü və əsas infrastrukturunu məhv etdiklərini qeyd edib.
"Çoxları bizim qətiyyətimizə şübhə edir, amma sizə xatırladıram, biz gücümüzü və öhdəliyimizi artıq sübut etmişik. Dediyim kimi, yaxşı razılaşma onunla əməl olunan razılaşmadır və biz ona əməl edəcəyik", - Netanyahu bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
XƏBƏR LENTİ
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər





