Oğurladığı paltarla Tiktokda canlı yayıma çıxdı, həbs olundu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
300 mindən çox izləyicisi olan tiktoker oğurluğa görə saxlanılıb.
Milli.Az xəbər verir ki, ABŞ-nin Florida ştatında yaşayan, TikTok-da 300 mindən çox izləyicisi olan Marlena Velez adlı 22 yaşlı gənc "Target" mağazasından oğurluq etdiyinə görə saxlanılıb. O, mağazadan 30 oktyabrda 500 dollar dəyərində mal oğurlamaqda ittiham olunur.
Mağazanın təhlükəsizlik xidməti bildirib ki, şübhəli şəxs özünü ödəmə kassasında saxta barkoddan istifadə edərək əşyaların qiymətini aşağı göstərib və bu yolla 16 müxtəlif malı, o cümlədən məişət əşyaları və geyimləri oğurlayıb. Mağazanın təhlükəsizlik kameralarındakı görüntülər araşdırıldıqdan sonra polis ictimaiyyətdən şübhəlinin kimliyini müəyyənləşdirmək üçün sosial şəbəkələrdə foto paylaşıb. Velezin izləyicilərindən biri anonim zəng edərək bu barədə məlumat verib və onun Instagram hesabını, həmçinin TikTok səhifəsini təqdim edib.
Polislər TikTok-da həmin gün çəkilmiş bir videoda Velezin oğurluq zamanı geyindiyi eyni paltar və eynəyo taxdığını aşkar edib. Həmin video artıq silinsə də, orada Velez-in Target mağazasından alış-veriş etdiyini və daha sonra əşyaları avtomobilinə yerləşdirdiyini göstərən kadrlar olub.
Cape Coral Polis Departamentinin nümayəndəsi Riley Carter bildirib ki, "O, əslində özünü sosial mediada ifşa edib. Sosial şəbəkələr bizə gözlənilməz dəlil təqdim etdi və bu, onun tez bir zamanda müəyyən edilib saxlanılmasına kömək etdi."
İki uşaq anası olan Velezin həbs edilməs barədə qərar verilib.
Onun 2019-cu ildə 17 yaşında olarkən avtomobil oğurluğuna görə həbs edildiyi məlum olub. Həmin vaxt o, dostunun avtomobilini oğurlayaraq qəza törədib.
Qeyd edək ki, Azərbaycanda da ötən gün tiktoker "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilov saxlanılıb. O, dələduzluqda ittiham edilir.
İsmayıl
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evlər niyə çökür? - RƏSMİ
-
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı
-
ABŞ-İran gərginliyi fonunda Trampdan mühüm mesaj
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
İlham Əliyev Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini Kaleb Orra göstərib - VİDEO
-
Toralın transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
-
"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO
-
Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib
-
Nəvəsi ilə FOTOlar paylaşdı
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda qayınata gəlinini öldürüb
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyası Nizami Gəncəvinin abidəsinə zərər vurulmasını sərt qınadı
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO





