"Dünya yeni və böyük müharibənin astanasındadır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"ABŞ-ın Ukraynaya raket buraxma qərarı düzgün deyil, dünya böyük müharibənin astanasında ola bilər" .
Milli.Az xəbər verir ki, bu barədə Prezident Ərdoğan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G-20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Aktual mövzulardan danışan Ərdoğan, ABŞ-ın keçmiş prezidenti Co Baydenin raket qərarı ilə bağlı açıqlama verib.
"Hər şeydən əvvəl, bu qərarı düzgün hesab etmədiyimiz kimi, həmçinin də dəstəkləmirik. Ukrayna-Rusiya müharibəsi başlayandan bəri daha çox silah, daha çox qan, daha çox göz yaşı ilə deyil, daha çox sülh səyləri, daha çox xoşməramlılıq və diplomatiya ilə bitə biləcəyini düşünürük. İndi cənab Baydenin bu qərarını müharibəni qızışdırmaq və heç vaxt bitməməsini, hətta yayılmasını təmin etmək üçün bir addım kimi şərh etmək olar. Baydenin bu addımı münaqişənin eskalasiyası ilə yanaşı, həm də Rusiyanın daha böyük reaksiyasına səbəb olacaq. Cənab Putin də ölkəsinin ballistik raketlərlə hücuma məruz qalacağı təqdirdə, nüvə silahı ilə cavab verilməsinə imkan verən doktrinanı təsdiqlədi. Bütün bunlar regionu və dünyanı yeni və böyük müharibənin astanasına gətirə bilər. "Məndən sonra tufan qopsun" anlayışı ilə heç nəyə nail olmaq mümkün deyil", - deyə Türkiyə prezidenti bildirib.
"Bizim gözləntimiz və arzumuz budur ki, Ukrayna və Rusiya tərəfləri təxribatlara uymadan, sakitliyi qoruyaraq, sülhə diqqətlərini cəmləsinlər. Buraxılacaq ən kiçik səhv, təxribatlara qapılmaq barıt çəlləyinə od atmaqdan fərqlənməyəcək. Ona görə də hər kəsə diqqətli davranmağı tövsiyə edirəm", - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
Nərmin Mahmudova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiya Xarkova zərbə endirib, 6 nəfər ölüb
-
Rusiyanın itkiləri yeniləndi
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Fransada Makron siyasəti: Xalqla hakimiyyət arasında dərinləşən uçurum
-
Canlı yayım zamanı rahibin başına xaç düşdü, öldü - (Video)
-
Almaniyada azyaşlı qıza qarşı nalayiq hərəkətlərdə ittiham olunan robot saxlanıldı - (Video)
XƏBƏR LENTİ
-
"Sabah"a görə bu marşrutların istiqaməti dəyişdirilir
-
Daha uzun yaşamaq istəyənlər üçün maraqlı araşdırma
-
Sabah Astarada qaz olmayacaq
-
Rusiya Xarkova zərbə endirib, 6 nəfər ölüb
-
Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub - (Foto)
-
Türkiyə milli komandası Sergen Yalçına tapşırılır?
-
Məşhurlar Dubayda toyda - (Video)
-
Qazaxda 35 yaşlı kişini ildırım vurub
-
Zaur Rzayevin son vəziyyəti açıqlandı
-
Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - (Foto)
-
Dövlət əleyhinə çağırışlara görə daha 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
-
308 min hektardan çox torpaq minalardan təmizləndi
-
Sumqayıtda əməliyyat: “falçı” saxlanıldı
-
Rusiyanın itkiləri yeniləndi
-
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb
-
Xumar Qədimovanın görüntüsü müzakirə yaratdı - (Video)
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Sükan arxasında bu səhvlərə yol verməyin
-
Xətai rayonundakı ağır qəza kameralara düşdü - (Anbaan video)
-
İlyas Yalçıntaş 10 il həbs oluna bilər





