Tanzaniyada bina çökdü - 13 ölü, 84 yaralı var - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanzaniyanın Dar əs-Salam şəhərində binanın çökməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb, 84 nəfər yaralanıb, prezident Samia Suluhu Həsən bunu video bəyanatında təsdiqləyib.
Milli.Az xəbər verir ki, hadisə şənbə günü səs-küylü Kariakoo rayonunda baş verib və genişmiqyaslı xilasetmə əməliyyatı başlayıb.
Dar əs-Salamın regional komissarı Albert Çalamil çökmüş binanın zirzəmisində hələ də insanların olduğunu bildirib. Onun sözlərinə görə, zirzəmidə qalan insanlar oksigen və su ilə təmin olunub.
"Onların vəziyyəti sabitdir və biz onların sağ-salamat xilas ediləcəyinə inanırıq", - o əlavə edib.
Prezident dörd mərtəbəli binanın uçmasından sonra Kariakooda bütün binaların struktur bütövlüyünü yoxlamaq üçün göstəriş verdiyini vurğulayıb.
"Bu faciəli hadisədən sonra mən baş nazirə təhlükəsizliyi təmin etmək və gələcək fəlakətlərin qarşısını almaq üçün Kariakoo bölgəsindəki bütün strukturları hərtərəfli qiymətləndirmək üçün tikinti müfəttişləri qrupuna rəhbərlik etməyi tapşırdım" prezident əlavə edib.
Fövqəladə hallar qrupları, o cümlədən ordu, sağ qalanların yerini tapmaq və xilas etmək üçün yorulmadan çalışır. Lakin dağıntılar altında qalan insanların dəqiq sayı hələ də bəlli deyil.
Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
-
İranda elektrik enerjisi kəsilə bilər - Xəbərdarlıq edildi
-
Ermənistanın yeni Konstitusiya layihəsi: 8 mühüm dəyişiklik
-
Vuçiç ölüm təhdidi aldığını açıqladı - “Mənə açıq mesaj verildi”
-
İstanbul küçələrində şir peyda oldu – Sakinlər təşvişə düşdü - (Video)
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
XƏBƏR LENTİ
-
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırıldı
-
Fürsətçi…- Yunus Oğuz yazır
-
Qatarlara daş atanlarla bağlı rəqəmlər açıqlandı - Əksəriyyəti azyaşlılardır
-
Xətai rayonunda ağac və kollar məhv edildi - 3360 manat ziyan
-
Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
-
Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
-
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
-
Sabah bu ərazilərdə külək güclənəcək
-
Fermerlərə subsidiyaların ödənilməsinə başlanıldı
-
Melis Sezenin buz meydançasındakı geyimi – Libasını tərs geyinib? - (Video)
-
Toy karvanında avtoşluq edən sürücü həbs edildi
-
82 yaşlı türk aktrisa: "Özümü gözəl hesab etmirəm"
-
Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Polkovnik-leytenant “BakuBus”da sürücü işləyir (Video)
-
Hacıqabulda faciə: Şirvan sakini kanalizasiya quyusuna düşərək öldü
-
Yardımlı İcra Hakimiyyətində saxlanılan şəxslərlə bağlı yeni qərar
-
Azərbaycanda ən yüksək pensiya bu rayonda verilir
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Yenilənib/Video)
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
-
Avtobus və metroda oturacaq davasına son? - Qaydalar bəlli oldu
-
Xalq artisti: "O rəqsdən sonra vəfat edən oğlumdan üzr istədim"
-
İranda elektrik enerjisi kəsilə bilər - Xəbərdarlıq edildi
-
Banklar kreditlərdən gələcək pulları əvvəlcədən əldə edə biləcək





