Dünya

Almaniyada partiya sədrinin babası faşist çıxdı

3 Noyabr 2024 10:53
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Alis Veydelin babası Hans Vaydel SS (hərbiləşdirilmiş faşist polisi) bölməsində xidmət edib, eyni zamanda İkinci Dünya Müharibəsi zamanı hakim vəzifəsində çalışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti arxiv sənədlərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, baba Vaydel SS-ə 1933-cü ilin yanvarında qoşulub.

Qəzet yazır ki, 1941-ci ilin martında Vaydel "hərbi hakim kimi təhsil almaq" üçün Varşavaya gedib. Dörd ay sonra o, Varşava hərbi komendantlığının məhkəməsində hakim kimi çalışıb.

Qəzet bildirir ki, bununla belə, Vaydeli dəlil çatışmazlığı səbəbindən məsuliyyətə cəlb etmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.