Dünya

Bu ölkələrə gedərkən diqqətli olun - turistlərin ən çox oğurluğa məruz qaldığı yerlər

1 Noyabr 2024 08:02
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Quotezone" sığorta şirkətinin mütəxəssisləri sosial şəbəkələrdə istifadəçilərin rəyləri əsasında turistlərin ən çox oğurluğa məruz qaldığı Avropanın 10 ən məşhur turizm ölkəsinin siyahısını hazırlayıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu antireytinqə İtaliya başçılıq edir. 478 oğurluq faktının qeydə alındığı bu ölkədə ən təhlükəli yer Romadakı Trevi fəvvarəsi hesab edilir.

Hər milyon ziyarətçiyə 251 oğurluq hadisəsinin baş verdiyi Fransa siyahıda ikinci yeri tutub. Parisdəki Eyfel qülləsi yaxınlığı bu ölkədə cibgirlərin ən aktiv olduğu ərazidir.

Cədvəlin üçüncüsü İspaniyada isə 111 turistin başına oğurluq hadisəsi gəlib. Bu baxımdan ölkənin ən pis turizm məkanı Barselonanın piyadalar üçün nəzərdə tutulmuş Las Ramblas küçəsi sayılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.