Dünya

ABŞ-də güclü zəlzələ

31 Oktyabr 2024 09:11
Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sakit okeanda ABŞ-nin Oreqon ştatı sahillərində, Korvallis şəhərindən 373 km qərbdə 5,5 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.

Məlumata əsasən, qeydə alınan zəlzələnin episentri sahildən təxminən 290 km aralıda olub.

Episentrdə zəlzələnin intensivliyinə əsasən seysmik hadisə "çox güclü" kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti bildirib ki, zəlzələnin maqnitudası 6, ocağı isə 10 km dərinlikdə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.