Dünya

"Gürcüstanda səsvermə başa çatıb, lakin seçkilər bitməyib"

28 Oktyabr 2024 19:19
Baxış: 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda səsvermə başa çatıb, lakin seçkilər bitməyib.

Milli.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ İnstitutunun Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov müsahibəsində belə deyib.

"Gürcüstanın Mərkəzi Seçki Komissiyası nəticələri açıqladı və hətta Qərb müşahidəçiləri ölkədə keçirilən seçkilərin legitimliyini tanıdılar, lakin biz görürük ki, bir çox suallar var, xüsusən də müxalifət nəticələrlə razılaşmır. Prezident Zurabişvili insanları küçələrə çıxmağa çağırır. Ona görə də Gürcüstanda seçkilər hələ bitməyib, hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir", - Markedonov bildirib. 

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində Gürcü Arzusu Partiyası 53.93 faiz səslə qalib gəlib.

Nərmin Mahmudova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.