“Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Faiq Ağayev sosial şəbəkələrlə bağlı açıqlama verib.
Milli.Az xəbər verir ki, bu barədə sənətçi jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində danışıb.
O bildirib ki, feysbuk onun üçün ən yaxşı platformadır:
"Mənə görə ən yaxşısı feysbukdur. Orada həm fikir bildirmək olur, həm də müzakirə etmək. İnstaqram Qobustan kimidir. Orada ancaq divar şəkilləridir. Mənim sənətim üçündür, Tiktok da həmçinin. Lakin seçəsi olsam, feysbuku seçərdim. Orada elə qəşəng statuslar olur. Bəzən daxilən sənlə razılaşmıram, başa düşürəm ki, bu məsələdə düz edirsən. O dəfə biri yazıb ki, "Efirdə biabırçılıq". Mənə də maraqlı gəldi. Girdim baxdım ki, biri o birinin zarafatla bir az tükündən kəsir. Yazdım ki, burada biabırçılıq nə var? Yəqin başa düşdü ki, qatıq tutmadı. Xəbəri tez sildi. Ya da hansısa xanım həmkarım haqqında yazırlar ki, elə biabırçı paltar geyindi ki... Baxırsan ki, öz xanımı və qızı qat-qat betərini geyinir, amma başqasına dərs verir. Belə zülm olar? Bilirsiniz, niyə edir? Özündən fikri yayındırır ki, o tərəfə bax, nə baş verir... Ümumiyyətlə, kütləvi aldatmağın səbəbini anlamıram. Ya sevgisizlikdir... Dünyada yaşayan 8 milyardın 4 milyardı sosial şəbəkələrdədir. Misal üçün deyirəm... Bu qədərmi vacibdir, hamı artist olsun, fotosessiya paylaşsın? Sənin uşağın arxa planda özünü öldürür ki, yemək ver, sən video çəkirsən ki, yeməyin tərifini verirəm... Özü də elə zəhləm gedir, dilini bilmir, başqa sözdən istifadə edir. Sən birinci uşağını yedizdir, sonra tərif ver. İdmana da gəlirlər, video çəkirlər, çıxırlar. Baxırsan ki, heç idman etmədi. Bu, sevgisizlikdən irəli gəlir, tərif istəyirlər ki, insanlar onlarını tərifləsinlər. Özləri özlərinə inanmırlar, onlara kənardan kiminsə tərifləməsi vacibdir. Ondan da böyük fəlakət yoxdur, bu, asılılıqdır. Mənə bunları demək asandır, çünki mən sosial şəbəkələr olmayanda da yaşamışam. Canlı ünsiyyət yoxdur. İnsanlar bir-biriləri ilə danışmağı yaddan çıxarıblar.
Mərhum insanı paylaşmağın dini tərəfdən əleyhinə deyiləm. Çünki onun üçün nə qədər rəhmət səslənsə, Allah onun günahlarını bağışlayar. Amma ölü insanla şəkil çəkdirənlər də olub. Bu insanı dəlixadan necə buraxıblar ki, get ölmüş nənənlə şəkil çəkdir, geri qayıdarsan. Mən şokdayam. Belələri üçün adətən deyirlər ki, heyvanına şükür, pərvərdigarə. Yaxşı ki, mən sənətdəyəm. Bizim sənətdə yalanlar, doğrular bir-birinə qarışdığı üçün... Amma hansısa bir Pakizə xala belə hərəkət edəndə adam şok olur. Mən indiyə qədər bir dənə də canlı yayım açmamışam. Ehtiyac yoxdur, mən efirlərim, belə söhbətlərim var, bəs edir. Deyək ki, filankəs Pərvizlə danışmır, konsertə çıxmır, Zəfər Günündə Şuşada çıxış etmir, bəlkə ona diqqət lazımdır? Amma anlamıram, bu adam başa düşmür ki, yeri səhv düşüb?".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)





