Şou-biznes

Xalq artisti: "Ağır depressiya düşdüm, hər şey ola bilərdi"

28 Oktyabr 2024 19:11
Baxış: 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Darıxanda, depressiyaya düşəndə sosial şəbəkədə canlı yayıma çıxıram. Çox tez depressiyaya düşən insanam. Yaradıcı insanlar səma insanlarıdır, tərki-dünyalığı sevirlər. Həssasdırlar, xüsusən aktyor-aktrisalar..."

Milli.Az bildirir ki, bu sözləri Teleqraf.com-a Xalq artisti Naibə Allahverdiyeva deyib.

Onun sözlərinə görə, sosial şəbəkə izləyiciləri ilə söhbətlər onu depressiyadan çıxarır:

"Tamaşaçılarımı sevirəm, çalışıram həmişə onlarla səmimi olam. O insanların qəlbində yaşayırıq. Onlar olmasa biz kimik ki...Üç-dörd il öncə çox pis xəstəlik keçirdim, ağır depressiya düşdüm. Depressiya çox ağır bir haldır, hətta insan özünə xətər yetirə bilər. Bir anlıq hər şeyi atıb gedə, itə bilərdim. O dövrlərdə sosial şəbəkələrdə insanlar mənə o qədər gözəl sözlər, fikirlər yazırdılar ki, mənim ilham pərim oldular. Ağır depressiyadan xilas oldum".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.