Kriminal

Tanınmış milyonçunun pullarını ələ keçirmişdilər...

28 Oktyabr 2024 19:54
Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milyonçu iş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyənlər - Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilərkən onlardan biri Ramal Əzimovun onkoloji xəstəliyi ilə bağlı prosesdə iştirakı təmin olunmadığından məhkəmə noyabrın 7-dək təxirə salınıb.

Külli miqdarda dələduzluqda təqsirləndirilən Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən Ramal Əzimov onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə məhkəmə prosesində iştirak edə bilməyib. Digər təqsirləndirilən Pərvin Zeynallı və Məhərrəm İbrahimli barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Əmirastan oğlu Babayev "Olympus" şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, mübahisə predmeti olan mülklərdən biri hazırda ARB telekanalının fəaliyyət göstərdiyi Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.