Hərbi xidmətdən yayınan daha bir nəfər tutuldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda hərbi xidmətdən yayınan daha bir gənc cinayət məsuliyyətinə cəlb edilib.
Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Ağsu rayonunda baş verib.
Ağsu Rayon Məhkəməsinin 15 noyabr tarixli hökmü ilə rayon sakini 2006-cı il təvəllüdlü Həsən Əhmədova (ad-soyad şərti) 4 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, 2024-cü ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsi H.Əhmədova hərbi xidmətə getmək üçün çağırış vərəqi göndərib. O, tibbi müayinədən keçirilərkən sinəsində "ATA" ifadəsi yazılmış döymə aşkarlanıb. Bununla bağlı olaraq o, Mingəçevirdəki rayonlararası psixonevroloji dispanserə göndərilib. Buradakı müayinələr zamanı 18 yaşlı gəncin hərbi xidmətə yararlı olması və psixoloji probleminin olmadığı müəyyən edilib.
Daha sonra Həsən Əhmədov təyinatı üzrə hərbi hissəyə göndərilib. Lakin orada onurğa nahiyəsində skolioz şübhəsi ilə bağlı geri qaytarılıb. SHXÇDX-nin Ağsu Rayon Şöbəsinin əməkdaşları bu dəfə onu Bakıdakı xəstəxanaya apararaq müayinə etdirib. Burada da çağırışçının həqiqi hərbi xidmətə yararlı olmasına rəy verilib. Bundan sonra ona komissarlığın əməkdaşları tərəfindən həqiqi hərbi xidmətə çağırış vərəqəsi verilib və aprelin 30-u hərbi hissədə olması bildirilib.
Aprelin 29-da xidmət əməkdaşları telefon vasitəsilə H. Əhmədovla əlaqə saxladıqda o, qollarını ülgüclə doğradığını, qan içində olduğunu və hərbi xidmətə getmək istəmədiyini bildirib.
Bununla bağlı olaraq gənc yenidən müayinə etdirilib və qolunda kəsiklər aşkarlanıb.
Xidmət tərəfindən prokurorluğa müraciət edilib və faktla bağlı cinayət işi başlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir
-
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub - (Video)
-
"Neftçi" azarkeşləri məşəl yandırdı - (Video)
-
“Atam və anamdan çox o, mənə dəstək oldu“ İradə İbrahimova
-
"Mançester Siti" qələbə qazandı
-
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
-
“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - Lalə Məmmədova
-
Roma Papası xəstəxanadan evə buraxıldı
-
Xırdalanda 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq ölüb
-
Bərdə xəstəxanasında sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi
-
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
-
Fuad İbrahimov BIAF haqqında: Bakı Şərq və Qərb mədəniyyətlərinin qovşağı kimi tarixi rolunu vurğulayır - (Foto)
-
Tramp Məhəmməd adı ilə zarafat etdi
-
“Sabah” “Qəbələ”ni darmadağın etdi - Yenilənib
-
Elnarə Abdullayeva nənə oldu - (Foto)
-
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
-
Bekhem FİFA prezidenti ola bilər
-
Rusiya Ukraynanın enerji obyektlərini bombalayıb
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi





