Türkiyə

Türkiyədə ac ayılar yemək üçün maşınlara hücum edirlər - VİDEO

28 Oktyabr 2024 17:40
Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bitlis vilayətinin Ahlat, Güroymak və Tatvan rayonları sərhədlərində yerləşən Nemrut Krateri Gölü ətrafında ac ayılar maşınlara hücum etməyə başlayıblar.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə ayıların şəklini çəkib əl ilə bəsləmək istəyənlər bu əraziyə üz tutur.

Əllə qidalanmağa öyrəşmiş ayılar təbii mühitdən uzaqlaşıb; bölgəyə gələn qonaqların və piknikçilərin gətirdiyi yemək qalıqları ilə qidalanmağa başlayıb. Son zamanlar Kalderanın ətrafında tez-tez rast gəlinən ayılar yemək axtarmaq üçün yol kənarlarına enir və sürü halında gəzirlər. Maşınları ilə rayona gələnlər ayılara yemək verirlər. Lakin bu qida ilə kifayətlənməyən ayıların nəqliyyat vasitələrinin şüşə və qapılarına hücuma keçdiyi bildirilir.

Bölgədə təbiət müşahidəçisi olan Dr. Cihan Önen Nemrut Kalderada bəzi insanların yay boyu ayıları əl ilə bəslədiyinə diqqət çəkərək qış aylarının yaxınlaşmasının bu vəziyyətə mənfi təsir göstərə biləcəyini söyləyib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.