Hakimlər Şamaxıdan nə istəyir?! - ARAŞDIRMA - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Premyer Liqasının son turlarında Şamaxı futbol klubuna qarşı hakim ədalətsizliklər azarkeşlərdə ciddi suallar yaradıb.
Milli.Az xəbər verir ki, Premyer Liqanın 11-ci turunda "Qarabağ" - "Şamaxı" matçında hakimlərin qalmaqallı qərarları tura damğa vurub.
Matçın 49-cu dəqiqəsində matçın baş hakimi Cavid Cəlilov qonaqların qapısına penalti təyin edib.
O, şamaxılıların müdafiəçisi Adil Nağıyevin Aleksey Kaşuka qarşı kobud oynadığını bildirərək 11 metrlik nöqtəni göstərib. Lakin epizodun təkrarında hakimin şübhəli qərar verdiyi görünür.
Həmin görüntünü təqdim edirik:
Oyun gedişi zamanı baş hakim Cavid Cəlilov zədələnir, onu dördüncü hakim Nicat İsmayıllı əvəz edir
Daha sonra matçın 87-ci dəqiqəsində rəqib "Qarabağ"ın futbolçusu Aleksey İsayevin "Şamaxı"nın futbolçusuna qarşı açıq ayaqla müdaxilə etməsi potensial qırmızı vərəqə sayılsa da, əvəedici hakim Nicat İsmayıllı sarı kart verməklə kifayətlənib.
Həmin görüntünü təqdim edirik:
10-cu tur çərçivəsində keçirilən "Şamaxı" - "Araz Naxçıvan" matçı da hakimlərin səhv qərarları ilə yadda qalıb. Belə ki, oyunun 90+4-cü dəqiqəsində "Araz Naxçıvan"ın futbolçusu cərimə meydançası daxilində əl ilə oynasa da hakim Fərid Hacıyev davam işarəsi verir.
VARhakimi Nicat İsmayıllı isə baş hakimi VAR-a baxmağa çağırmır)
Həmin görüntüləri təqdim edirik:
9-cu turda da Şamaxı təmsilçisi ciddi hakim haqsızlıqlarına məruz qalıb. "Səbail" - "Şamaxı" oyunun 34-cü dəqiqəsində hakim Əliyar Ağayev tərəfindən Belajdi Pusiyə şübhəli sarı vərəqə göstərilir və Pusinin növbəti oyunu buraxmasına səbəb olur.
Matçın 62-ci dəqiqəsində şübhəli cəriməzərbəsi Brahim Konatenin qırmızı vərəqə almasına səbəb olur.
Ən maraqlı epizod isə oyunun 53-cü dəqiqəsində qeydə alınır. Rəqib komandanın futbolçusu Mert Çelik "Şamaxı"nın futbolçu Belajdi Pusiyə 6-7 yumruq zərbəsi endirsə də, hakim yalnız sari vərəqə ilə kifayətlənir. Bu epizod futbol meydançasında yox, küçədə baş versə, Mert Çeliki rahatılıqla hüquq-mühafizə orqanlarına şikayət etmək olardı.
Həmin görüntüləri təqdim edirik:
Nəticə etibarilə, son 3 turda baş verən ciddi hakim ədalətsizlikləri "Şamaxı" klubunun 3 oyuna 0 xal toplaması ilə yekunlaşdı.
Mehman Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)





