Türkiyə

"Dişim üçün getdim, amma ayağımı itirdim"

28 Oktyabr 2024 18:37
Baxış: 2 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə qəribə hadisə baş verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç uşaq anası Yazgül İkiz 7 ay əvvəl dişini müalicə etmək üçün Əskişəhərdəki xəstəxanalardan birinə gedib. Qadının sözlərinə görə,ona iynə vurulduqdan sonra sol ayağında ağrı hiss edib və axsamağa başlayıb. 

Ağrıları səngiməyən qadın yenidən Dövlət Xəstəxanasına müraciət edib. Buradakı dəstək görmədiyini deyən qadın həmin ağrılarla evə geri dönüb.

7 ayda 7 xəstəxanaya müraciət edən 45 yaşlı qadın əlil olmaqdan qorxur.

Qadın prokurorluğa gedərək cinayət işi başladıb.

Nərmin Mahmudova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.