Dünya

Belqrad heç vaxt NATO üzvü olmayacaq - Nazir

27 Oktyabr 2024 11:14
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Serbiya 1999-cu ildə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) bombalanmasının nəticələrini xatırlayır, heç vaxt təşkilata qoşulmayacaq".

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bunu Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç deyib.

O xatırladıb ki, 25 il əvvəl Serbiya sakinləri NATO-nun bombardmanının qurbanı olub və Belqrad tamamilə dağıdılıb.

"Bundan sonra da sizi əmin edirəm ki, Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq. Biz müstəqil və azad siyasət yürüdürük".

Popoviç qeyd edib ki, Avrointeqrasiyaya baxmayaraq, Serbiya BRİKS ölkələri: Çin, Rusiya, Cənubi Afrika Respublikası, BƏƏ, Səudiyyə Ərəbistanı və başqaları ilə ikitərəfli əlaqələrin inkişafını dayandırmaq istəmir.

Nazir əlavə edib ki, Belqrad, Qərbin təhdidlərinə baxmayaraq Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.