Dünya

"ABŞ müflisləşəcək"

23 Oktyabr 2024 09:51
Baxış: 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-li mühəndis və milyarder İlon Mask dövlət xərclərinin eyni yüksək səviyyədə qalacağı təqdirdə Birləşmiş Ştatların müflisləşəcəyini proqnozlaşdırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  Mask bu barədə özünün "X" sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

"Əgər hökumət dövlət xərclərini radikal şəkildə azaltmasa, ABŞ çox maliyyə öhdəliyi götürmüş insan kimi faktiki olaraq müflisləşəcək", - deyə biznesmen xəbərdarlıq edib.

Mask abunəçilərinə kreditləşmənin bəzi incəliklərini izah edib. Onun sözlərinə görə, istənilən borclanmada sonradan ödənişlərin əsas hissəsini borc faizləri təşkil edir.

"Onlar (faizlər - red.) vergi ödəyicilərindən büdcəyə daxil olan bütün vəsaitləri sürətlə udmağa meyillidirlər. Ölkənin kritik ehtiyacları üçün isə heç nə qalmır", - deyə Mask xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.