Dünya

Ukrayna İran dronlarını belə vuracaq - FOTO

21 Oktyabr 2024 09:37
Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna uzun müddətdir ki, İran istehsalı "Şahid-136" kamikadze dronlarını tutmağa qadir pilotsuz təyyarə hazırlayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Teleqraf" qəzeti məlumat yayıb.

Məlumata görə, bu "Sting" adlı idarəolunan pilotsuz uçuş aparatı olacaq:

"O, "Şahid"lərin qarşısını almaq üçün istifadə olunan zenit raketlərinin daha ucuz əvəzedicisi olmalıdır".

Nəşr həmçinin ilk dəfə olaraq Ukraynanın "Wild Hornets" qrupu tərəfindən hazırlanmış yeni pilotsuz təyyarənin fotosunu dərc edib.

İddia olunur ki, bu aparat saatda 160 km-dən çox sürətlə uça və təxminən 3 km yüksəkliyə qalxa bilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.