Dünya

Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı

18 Oktyabr 2024 09:45
Baxış: 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2024-cü ilin dekabrında tədarükü üçün qızıl fyuçerslərinin qiyməti öz tarixinin ən yüksək həddini yeniləyərək bir troy unsiyası (31,1034768 q - red.) üçün 2708.7 dollardan yuxarı satılır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında bildirilib.

Bakı vaxtı ilə saat 18:38-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 2710.3 dollar (+0,71%) təşkil edib. Bakı vaxtı ilə saat 18:53-də isə qızılın qiyməti bir unsiya üçün 2711.9 dollara (+0,77%) yüksəlib.

Qızıl fyuçerslərinin qiyməti sonuncu dəfə 26 sentyabr 2024-cü ildə bir troy unsiyası üçün 2708.7 dollara çatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.