Dünya

Zəlzələ zamanı şagirdini məktəbdən belə çıxardı - VİDEO

16 Oktyabr 2024 17:04
Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Malatya vilayətində güclü zəlzələ olub. 5,9 maqnitudalı zəlzələ Diyarbəkir, Elazığ, Kahramanmaraş, Tokat və Adıyamanda da hiss olunub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı insanlar ev və iş yerlərini tərk edərək küçələrə çıxıblar.

Malatyada zəlzələ anında məktəblərdən birində şagirdlərin məktəbi tərk etməsinin görüntüləri yayılıb. Görüntülərdən müəllimin fiziki məhdudiyyətli şagirdi belinə alaraq məktəbdən çıxardığını görmək mümkün olub. Həmin video sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, zəlzələ nəticəsində insan tələfatı qeydə alınmayıb. Bununla belə, Malatyada 1, Şanlıurfada 1, eləcə də Elazığda 1 olmaqla ümumilikdə 3 bina qismən çöküb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.