Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Malatya vilayətində güclü zəlzələ olub. 5,9 maqnitudalı zəlzələ Diyarbəkir, Elazığ, Kahramanmaraş, Tokat və Adıyamanda da hiss olunub.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı insanlar ev və iş yerlərini tərk edərək küçələrə çıxıblar.
Malatyada zəlzələ anında məktəblərdən birində şagirdlərin məktəbi tərk etməsinin görüntüləri yayılıb. Görüntülərdən müəllimin fiziki məhdudiyyətli şagirdi belinə alaraq məktəbdən çıxardığını görmək mümkün olub. Həmin video sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, zəlzələ nəticəsində insan tələfatı qeydə alınmayıb. Bununla belə, Malatyada 1, Şanlıurfada 1, eləcə də Elazığda 1 olmaqla ümumilikdə 3 bina qismən çöküb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun