Dünya

Rusiya Pxenyanın tərəfində Cənubi Koreyaya qarşı vuruşacaq?

15 Oktyabr 2024 14:39
Baxış: 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kreml Şimali Koreya Cənubi Koreya ilə müharibə edəcəyi təqdirdə Moskvanın Pxenyanın tərəfində vuruşub-vuruşmayacağına aydınlıq gətirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovdan Koreya yarımadasında müharibə olacağı təqdirdə Rusiyanın Pxenyanın tərəfində vuruşacağına dair sual ünvanlanıb.

Peskov cavabında bildirib ki, Rusiya və KXDR arasında saziş "təhlükəsizlik sektoru da daxil olmaqla, bütün sahələrdə dərin əməkdaşlığı" nəzərdə tutur.

Kremlin sözçüsü əlavə edib ki, sazişdəki ifadələrin aydınlaşdırılmasına ehtiyac yoxdur, onlar kifayət qədər birmənalıdır.

Qeyd edək ki, oktyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin KXDR ilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini Dövlət Dumasına təqdim edib. Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş tərəflərdən birinə hücum zamanı hərbi və digər yardımları nəzərdə tutur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.