Dünya

İsrail ordusu Beyruta hücum etdi

3 Oktyabr 2024 18:52
Baxış: 1 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Müdafiə Qüvvələri (IDF) "Hizbullah"ın Beyrutdakı kəşfiyyat qərargahına və rabitə mərkəzinə hücum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə IDF-ın Telegram kanalında bildirilib.

"Bir müddət əvvəl hərbi kəşfiyyat məlumatları əsasında Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutdakı "Hizbullah" terror təşkilatının kəşfiyyat qərargahının hədəflərinə hücum edib", - məlumatda deyilir.

Həmçinin o da bildirilir ki, hərəkatın üzvləri, kəşfiyyat toplama vasitələri, komanda mərkəzləri və "Hizbullah"ın digər infrastrukturu hücuma məruz qalıb.

Məlumatda hücuma məruz qalan kəşfiyyat qərargahının "Hizbullah"ın İsrail və IDF haqqında məlumat toplamaqdan məsul olan əsas kəşfiyyat orqanı olduğu da qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.