Dünya

İsrail İrana zərbə endiriləcəkmi? - NYT

3 Oktyabr 2024 06:38
Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail hələ ki, İranın hücumuna necə cavab verəcəyi ilə bağlı qərar verməyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Təl-Əviv cavabın həcmini ABŞ-ın praktiki və ritorik dəstəyinin səviyyəsinə əsasən müəyyən edəcək. İsrail neft hasilatı sahələrini və İran hərbi bazalarını hədəfə ala bilər.

Eyni zamanda qeyd olunub ki, İsrail hazırda İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırmır.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket zərbələri endirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.