Dünya

Arvad maaş üstündə ərini öldürdü

26 Sentyabr 2024 22:55
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Nijni Novqorod vilayətində qadın ərini öldürüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb kişinin arvadını az maaş almasına görə qınaması olub.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs sentyabrın 25-də Vatutina küçəsindəki mənzildə olarkən əri ilə münaqişə zəminində onun ürəyinə bıçaq xəsarəti yetirib. Zərərçəkən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Qətl" maddəsi ilə iş başlanıb.

Rusiya İstintaq Komitəsi bildirib ki, qadın saxlanılıb və ona qarşı ittiham irəli sürülüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.